Azərbaycan ecazkar təbii sərvətləri, çoxəsrlik qədim mədəniyyəti, tarixi və müxtəlif mədəniyyətlərin, sivilizasiyaların adət və ənənələrinin bənzərsiz, ahəngdar birləşməsini tərənnüm edən qədim insanların yaşadığı möcüzəvi bir ölkədir.

Əsrlərlə bir sıra qədim arxeoloji və memarlıq abidələri qorunub saxlanmışdır. Bu günə qədər qorunub saxlanmış qədim kitabələr, əlyazmalar və xalça nümunələri bizə zəngin məlumat verir. Azərbaycan qədim mədəniyyəti olan bir ölkədir. Azərbaycan bir sıra mütəfəkkir, filosof, alim, şair, memar, musiqiçi və rəssamların vətənidir.

Azərbaycan sənətkarların metal, ipək, keramikadan hazırladığı dekorativ sənət və ağac üzərində oyma ilə yanaşı, öz xalçaları ilə də məşhurdur.

Azərbaycan 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqillik əldə etmişdir.

Bakı

Bakı Azərbaycan Respublikasının paytaxtı, eləcə də Azərbaycan, Xəzər dənizi və Qafqaz regionunun ən böyük şəhəridir. Bakı dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir və bununla da o, dəniz səviyyəsindən ən aşağıda yerləşən milli paytaxt şəhəridir. Bakı Abşeron yarımadasının Xəzər dənizinə doğru çıxan cənub sahilində yerləşir. Şəhər iki hissədən ibarətdir: şəhər mərkəzi və qədim İçərişəhər. Bakının əhalisi 2 milyondan artıqdır. Rəsmi olaraq, ölkə əhalisinin təxminən 25%-i paytaxt Bakıda yaşayır.
Şirvanşahlar sarayı kompleksi, İçərişəhər və Qız qalası 2000-ci ildə UNESCO-nun Umumdünya irsi siyahısına daxil edilmişdir.

Bakı şəhəri Azərbaycanın təhsil, elm, mədəniyyət və sənaye mərkəzidir. Son illərdə Bakı beynəlxalq tədbirlərin keçirilməsi üçün mühüm məkan olmuşdur. Bakı 2012-ci ildə 57-ci Avroviziya Mahnı Müsabiqəsinə, Bakı 2015-ci ildə I Avropa Oyunlarına ev sahibliyi etmiş və 2016-cı ildə Avropa Qran-Pri və 2020-ci ildə Avro-2020-yə də ev sahibliyi edəcəkdir.

Bakı "Küləklər Şəhəri" kimi də tanınır.