BUS DRIVER- Avtobus Sürücüsü
Vəzifənin adı: Sürücü
Tabeçiliyi: Nəqliyyat üzrə koordinator
Tələblər:
- Sürücüluk vəsiqəsi (B, C, D kateqoriya)
- Avtobus sürücülük sahəsində minimum 5 il təcrübə;
- Müvafiq cədvəl üzrə işləmək bacarığı;
- Şagirdlər və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı;
- Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı;
- Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, səliqəli, nizam-intizamlı;
- Azərbaycan dilində yüksək səviyyədə, rus dilində yaxşı və ingilis dilində orta səviyyədə danışmaq bacarığı.
- Yaş həddi 30-55
Vəzifə öhdəlikləri:
- Məktəbin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
- Əmək intizamına, təhlükəsizlik texnikasına və yanğından mühafizə qaydalarına riayət etmək.
Ərizələrin qəbul qaydası:
Maraqlanan şəxslər niyyət məktubu və təcrübəsini əks etdirən CV-ni hr@eas.az elektron poçt ünvanına göndərməlidirlər.
CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərinizi hansı elan üzrə verdiyinizi qeyd edin. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız sənədləri ilk mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.